Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya yenidən Ukrayna ərazisini raket atəşinə tutdu

Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib.

UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Murmansk vilayətinin “Olenya” hərbi aerodromundan qaldırılan 9 “Tu-95MS” və 4 “Tu-22M3” Ukraynanı bombalayıb.

Rusiya hərbçilərinin atdığı raketin Zaporojyedə yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər yaralanıb, Krivoy Roqda isə raketin ticarət mərkəzlərindən birinə düşərək yanğın yaranıb, ciddi xəsarət baş verib.

Məlumata görə, Ukrayna səmasında Rusiyanın 11 “Tu-95MS” strateji bombardmançısı uçur. İnformasiyaya əsasən, Rusiyanın Xəzər dənizindəki bazasından Ukraynanın paytaxtı Kiyevə “Kinjal” qanadlı raketi atılıb. Məlumata görə, Krivoy Roq, Xarkov, Lvov, Ternopol, Vinnitsin, Zaporojye, Çerniqov istiqamətində də raketlər buraxılıb.

TASS-ın məlumatına əsasən, Rusiyanın Hava Hücumundan Müdafiə Sistemləri Belqorod vilayəti üzərində Ukraynanın quru hədəfləri vurmaq üçün nəzərdə tutulan “S-200” zenit raketini zərərsizləşdirib.