Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya xarici kəşfiyyatının rəhbəri Bakıya gəlib

Çərşənbə axşamı günün ikinci yarısında Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya gəlib. O, prezident İlham Əliyev, eləcə də Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanov ilə görüşüb. Rusiyanın Azərbaycandakı səfirliyi məlumatı KİV-ə təsdiqləyib.

Azərbaycan Prezident Administrasiyası və rəsmi KİV-i hələlik bu barədə məlumat vermirlər.

Qeyd edək ki, ötən gün Narışkin Yerevanda olub və Ermənistan rəhbərliyilə bir sıra görüşlər keçirib. Brifinqdə o bildirib ki, Rusiya Ermənistana öz xarici kəşfiyyat xidmətini yaratmağa kömək edəcək. (Turan)