Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya və İran Hörmüz boğazında birgə təlimlər keçirir

Rusiya və İran Hörmüz boğazında birgə hərbi-dəniz təlimləri keçirəcəklər. İranın "Mehr" və "Fararu" informasiya agentlikləri xəbəri İran Hərbi Dəniz Qüvvələrinin admiralı Həsən Maqsudluya istinadla yayıb.

"Bu tədbirlər iki ölkənin regiondakı mövcud vəziyyətə ciddi diqqət ayırdığını göstərir", – Maqsudlu bildirib.

"Dəniz təhlükəsizliyi kəməri" adlı birgə təlimlər fevralın 19-da Hörmüz boğazında başlayır. Bu boğazdan Səudiyyə Ərəbistanı, İran, İraq və BƏƏ-dən neft ixrac olunur.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın "Stoyki" korveti İranın cənubundakı Bəndər-Abbas limanında yanacaq doldurub. Gəmilər təlimlər üçün oradan Fars körfəzinə yollanacaqlar. RBK yazır ki, İran Hərbi Dəniz Qüvvələri körfəzi qismən bağlamağa başlayıb.

"Axios" nəşrinin yazdığına görə, ABŞ son sutka ərzində regiona 50 ədəd F-35, F-22 və F-16 qırıcı təyyarəsi göndərib. İsrailin teleqram kanalları bildirir ki, son 48 saatda Yaxın Şərqə 120-dən çox Amerika hərbi təyyarəsi yerləşdirilib. İsrailin nəqliyyat qurumlarının da müharibəyə hazırlaşdığı bildirilir.