Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynaya kütləvi hücum həyata keçirib - 39 raket və 420 dron

Rusiya ordusu bu gecə Ukraynaya 11-i ballistik olmaqla 39 raket və 420 dronla zərbə endirib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

“Səkkiz bölgədə dağıntılar var: bir çox fərdi və çoxmərtəbəli binalar zədələnib. İndiyə olan məlumata görə, bu hücum nəticəsində uşaqlar da daxil olmaqla onlarla yaralı var”, - Zelenski qeyd edib.