Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanın 6 yaşayış məntəqəsini işğal edib

Son 24 saat ərzində Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin “Şimal” qruplaşması Xarkov vilayətinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Strelyaçya, eləcə də Ukraynanın Donetsk vilayətinin Keramik qəsəbəsini nəzarətə götürüb.

Bildirilib ki, Rusiya ordusu 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin silah anbarına, pilotsuz uçuş aparatlarının istehsal edildiyi müəssisəyə və “Patriot” hava hücumundan müdafiə sistemi diviziyasına zərbələr endirib.