Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynada bazarı vurub, 7 dinc sakin ölüb

Rusiya hərbçilərinin Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi bazarına zərbə endirməsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

UNIAN xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının sədri Pavel Kirilenko bildirib.

“Ukrayna ordusuna qarşı müqavimət göstərə bilməyən Rusiya hərbçiləri silahsız vətəndaşlarla belə “döyüşür”, - o bildirib.

Bildirilib ki, cənub və şərq istiqamətində Ukrayna Silahlı Qüvvələrinn əks-hücumu davam edir.