Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukrayna şəhərlərinə kütləvi hücum etdi - Xeyli ölən və yaralanan var

Rusiya Ukrayna şəhərlərinə kütləvi hava hücumu həyata keçirib. Unian agentliyi xəbər verir ki, başda paytaxt Kiyev, Odessa, Xarkov olmaqla bir çox şəhərlər dron və raket hücumuna məruz qalıb.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Ukraynaya bu gün səhər raket hücumu nəticəsində 12 nəfər ölüb, 75 nəfər yaralanıb.

Rusiya hücum zamanı strateji bombarmançılardan və qırıcı təyyarələrdən istifadə edib. Hava hücumu zamanı bütün növ raketlərdən, o cümlədən ballistik raketlərdən, eləcə də "Shahed" dronlarından istifadə olunub.

Rusiya ordusu Kiyev, Odessa, Xarkov, Dnepr, Xerson, Lvov, Poltava, Zaporojye, Xmelnitsk, Ternopol şəhərlərini hədəf alıb. Mülki binalar və tibb ocaqlarına zərbələr endirilib.

Qeyd edək ki, ötən gecə və bu gün səhər Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə kütləvi raket və dron zərbələri endirib. Ölkənin bir sıra vilayətlərində hava həyəcanı siqnalı verilib.