Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib.

Bu barədə "Kommersant" məlumat yayıb.

Məlumatda Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.

Rəsmi Kiyev Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verməsinə münasibət bildirib.

“RBK Ukraina” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlama verib. O, Rusiya DİN-i vicdanlı və sağlam düşüncəli olmağa çağırıb.

Bundan başqa, Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu axtarışa verib.

Onun niyə axtarışa verildiyi hələ ki, açıqlanmayıb.