Rusiya "Telegram"ın təsisçisi Pavel Durovu beynəlxalq axtarışa verib
29 İyul 2026
Cinayət işi çərçivəsində terrorçuluq fəaliyyətinə yardım maddəsi ilə ittiham olunan "Telegram" messencerinin təsisçisi Pavel Durov beynəlxalq axtarışa verilir.
Rusiya mediası xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Telegram"ın rəhbəri P.Durova Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsində (terror fəaliyyətinə kömək etmə) nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə araşdırılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb", - məlumatda bildirilib.
Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, "Telegram" messencerinin administrasiyası Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rsiyada təxribat-terror aktlarının, kütləvi qətllərin, eləcə də kiberdələduzluğun hazırlanması üçün fəal şəkildə istifadə edilən kanalları, çatları və botları silməyib. Bunların da nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla çoxsaylı insan tələfatı baş verib, milyardlarla maddi ziyan dəyib.