Rusiya sərhədçiləri Paşinyanın xahişi ilə Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib
30 Mart 2024
Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.
Bu barədə "24News" portalına müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Səfir Ermənistan Baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.
Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.