Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qoşunları Qazaxıstana girir? – Tokayev hərbi yardım istədi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Tokayev iclas zamanı yeni müraciətlə çıxış edib və KTMT üzvlərindən hərbi yardım istəməyin zəruriliyini bildirib.

Xatırladaq ki, Almatıda və Qazaxıstanın qərbində baş verən iğtişaşlar səbəbindən bütün Qazaxıstanda fövqəladə vəziyyət tətbiq edilib.

Daxili İşlər Nazirliyi iğtişaşlar nəticəsində ən azı 8 polis və milli qvardiyaçının öldüyünü açıqlayıb. Yerli KİV Almatıda talanların yaşandığını yazır.

Bundan əlavə, təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşının yaralandığı bildirilir.

DİN azğınlığın və talan aktlarının təxribatçılar tərəfindən təşkil edildiyini vurğulayıb, kütləni təxribatlara uymamağa çağırıb.

Tokayev Müdafiə Nazirliyinin desant bölməsinin hazırda Qazaxıstanda iğtişaşlar törədən silahlılarla döyüşdüyünü bildirib.

Bəzi məlumatlara görə, artıq Almatıda xüsusi əməliyyat başlayıb və hava limanı nəzarətə götürülüb. Bundan əlavə, Rusiya və Belarusdan hərbçilərin Qazaxıstana göndərilməsinə hazırlıq getdiyi iddia edilir.