Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qoşunları İlan adasından qaçdı - Uğurlu əməliyyat

Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib.

Bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

“Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır”, - komandanlıq bildirib.

Rusiya Müdafiə Nazirliyi də İlan adasından çəkildiklərini təsdiq edib. Amma onlar bunu başqa səbəblə bağlamağa çalışıblar: “Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri İlan adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər”.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bu addımı onunla izah edib ki, Rusiya BMT-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur.

“Bu qərar Kiyevə Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə tam nəzarəti səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək”, - Müdafiə Nazirliyi bildirib.