Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qızılı hədəfə götürülüb

Ukraynaya qarşı müharibə səbəbindən Rusiyaya qarşı növbəti sanksiyalar paketinə Rusiya qızılı daxil ediləcək.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Müvafiq təkliflər layihəsi Avropa İttifaqı liderlərinin 23-24 iyunda keçiriləcək sammiti üçün hazırlanıb.

Nəşrin yazdığına görə, sanksiyaların konkret olaraq qızılın Rusiyaya idxalını, Rusiyadan ixracını və ya hər ikisini nəzərdə tutacağı hələlik bəlli deyil.

Agentlikdəki mənbələrin məlumatına görə, hazırlanan sənəd İttifaq iştirakçılarının müxtəlif mövqeləri arasında güzəşt deməkdir.

Belə ki, Skandinaviya və Şərqi Avropa ölkələri yeni sanksiyaların tətbiq edilməsini təklif edir, amma Almaniya və Niderland mövcud tədbirlərə diqqət ayırmağı və artıq tətbiq edilən məhdudiyyətlərdən yararlanmağı istəyir.

"Kommersant" qəzeti qeyd edir ki, qızıl Rusiyanın Əmanət Bankı üçün həlledici aktivlərdən biridir. Mərkəzi Bankın ehtiyatlarının təxminən yarısı məhz qızıl formasında saxlanılır.

Ukraynada müharibə başlanandan Mərkəzi Bankın qızıl-valyuta aktivlərinin təxminən 300 milyard dolları Qərbin sanksiyaları səbəbindən dondurulub.

Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketi iyunun 3-də qüvvəyə minib, əsas bəndi Rusiya neftinə qoyulan qismən embarqonu nəzərdə tutub.

Elə növbəti gün məlum olub ki, Avropa İttifaqı növbəti məhdudlaşdırıcı tədbirlər üzərində işləməyə başlayıb. (moderator)