Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ötən həftə Ukraynanın neft-qaz sektoruna 100-dən çox zərbə endirib

Rusiya ordusu keçən həftə Ukraynanın energetika və neft-qaz sektoruna 100 dəfə hücum edib, nəticədə energetika və neft-qaz infrastrukturunun zədələnməsinə səbəb olan 224 insident qeydə alınıb.

Ukrayna mediası xəbər verir ki, bubarədə Ukrayna Energetika Nazirliyinin məlumatında deyilir.

Energetika infrastrukturuna atəşlər və döyüş əməliyyatları nəticəsində səhər saatlarına olan məlumata görə, Dnepropetrovsk, Donetsk, Jitomir, Odessa, Poltava, Sumı və Xarkov vilayətlərində istehlakçıların bir hissəsi elektrik enerjisiz qalıb.

"Odessa və Dnepropetrovsk vilayətlərində vəziyyət mürəkkəb olaraq qalır. Düşmən regionların elektrik təchizatını təmin edən energetika obyektlərinə genişmiqyaslı dağıntılar vurub. Hazırda regionlarda istehlakçıların elektrik təchizatı tədricən bərpa olunur", – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, 23 noyabr ərzində Ukraynanın əksər regionlarında saatlıq elektrik enerjisi kəsilmə qrafikləri, sənaye üçün isə güc məhdudiyyəti qrafikləri tətbiq edilir.