Tatarıstanda neft obyektləri Ukrayna dronlarının hücumuna məruz qalıb
23 Noyabr 2026
Ukrayna pilotsuz uçuş aparatları (PUA) Tatarıstanda (Rusiya) Əlmət yaxınlığındakı neft çəninə zərbə endirib.
Bu barədə Rusiya mediası respublika rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində bir neçə obyekt zədələnib. Ölən və xəsarət alan yoxdur.