Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusu Xarkovu vurub

Rusiya ordusu gecə və səhər Xarkov vilayətində Kupyanskı atəşə tutublar.

Pressklub.az xəbər verir ki, bu barədə bazar günü Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov Telegram-da məlumat verib.

"Bu gün səhər düşmən Kupyanskı növbəti dəfə atəşə tutub. Nəqliyyat infrastrukturu obyekti zədələnib. Yanğın baş verib. Xilasedicilər yerində işləyir, məlumat dəqiqləşdirilir", - deyə bildirib.

Bundan əlavə, dünən saat 23:00-dan sonra Rusiya ordusunun Kupyanskını atəşə tutması nəticəsində azı beş yaşayış binası və yardımçı tikili dağıdılıb, yanğınlar başlayıb. 65 yaşlı kişi də yaşayış binasına düşən mərmi nəticəsində dünyasını dəyişib.

Sinequbov əlavə edib ki, Kupyanskya edilən hücum nəticəsində təhsil müəssisəsinin və doğum evinin binalarına ziyan dəyib.