Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, 6 nəfər ölüb

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Nova Vodolaha qəsəbəsində parka endirdiyi PUA zərbəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Ölənlərdən üçü uşaqdır.

***

19:07

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Nova Vodolaha qəsəbəsindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə hücumu nəticəsində iki qadın və körpə ölüb.

“Міy Хаrкіv” nəşrinin məlumatına görə, hücum oktyabrın 19-da saat 16:30 radələrində parkda çoxlu insanın, o cümlədən uşaqlı ailələrin olduğu vaxt baş verib.

Xarkov Vilayət Prokurorluğunun ilkin məlumatına əsasən, hücum üçün “Geran-3” tipli PUA-dan istifadə edilib.

Hadisə nəticəsində azı 15 nəfər yaralanıb. Yaralıların yeddisi uşaqdır.

Hadisə yerinə xilasedicilər, tibb işçiləri və polis əməkdaşları cəlb olunub.