Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yəməndə husilər hərbi düşərgəyə raket zərbəsi endirib, 53 nəfər ölüb

Yəmənin cənubundakı Şəbva əyalətində husilərin təhlükəsizlik üzrə təlim mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 200-dən çox insan yaralanıb.

Bu barədə Şəbva qubernatorluğunun “Facebook” sosial media platformasında yaydığı açıqlamada bildirilib.

***

15:34

Yəmənin Şəbva əyalətində husilərin hərbi düşərgəyə raket hücumu nəticəsində 40-a yaxın hərbçi ölüb və ya yaralanıb.

Bu barədə “Anadolu” agentliyi Şəbva qubernatorunun müavininə istinadən məlumat yayıb.

Məlumata görə, husilər Cərdan rayonundakı Əl-Ələm düşərgəsinə üç ballistik raket atıblar. Düşərgədə təhlükəsizlik və polis qüvvələrinə yeni qəbul olunan şəxslər təlim keçirmiş.

Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi də düşərgənin üç ballistik raketlə vurulduğunu təsdiqləyib.