Logo
news content
User
Kateqoriyalar

Xəbər

İşləmək üçün özünə protez qol düzəldib - Çörəyini dəmirdən çıxarır + VİDEO

“Çalışmaq lazımdır. İşləmək, həyatda mübarizə aparmaq lazımdır. Bu gün mən əlimi cibimə qoyum ki, mənə hardansa, kimsə pul verəcək? Yox, olmayacaq”.

Bu sözləri Birinci Qarabağ Müharibəsi zamanı sol qolunu itirən Taleh Bəşirov deyib.

Onun 44 yaşı var, 16 yaşı olanda Qazaxda mina partlayışı zamanı qolunu itirib və hazırda dəmirçi işləyir.

O bildirib ki, ilk dəfə tikintiyə iş üçün yaxınlaşanda deyiblər ki, bir qolunla səni hara işə götürəcəklər:

“Dedim ki, 3 gün gəlim işləyim, bəyənməsəniz pulu sizdən götürməyəcəyəm. 2 nəfər fəhlə mənə çata bilmirdi. Qucaqlayıb məni dedi ki, sənə 2 şirvan yarım pul verəcəm. Həmin vaxt 1 fəhlə 1 şirvan yarım pul alırdı. O qədər sevindim ki. Bağ atmaqdan ötrü qolum üçün avadanlıq düşündüm. 2002-ci ildən dəmirçi işləyirəm. Tikintiyə aid olan hər işi bacarıram”.

Daha ətraflı süjetdə: