Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Odessanı tutaraq Moldova və Rumıniyaya çatmaq istəyir - Zelenski

Rusiya Odessanı nəzarətə götürərək Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Odessanın Rusiyanın hədəfində olduğunu vurğulayan Zelenski sözlərinə belə davam edib:

"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Rusiya hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - o bildirib.