Rusiya müdafiə nazirinin həbs edilmiş müavinin sarayının görüntüsü yayılıb - VİDEO
26 Aprel 2024
Teleqram şəbəkəsində bu günlərdə korrupsiyaya görə həbs olunmuş Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun daşınmaz əmlakını əks etdirən video yayılıb. Bu, Tver vilayətində Volqanın sahilində bir saraydır. Əmlakın dəyəri təxminən 2 mlrd. rubldur (təxminən 22 mln. dollar). Saray klassisizm üslubunda məşhur Znamenskoe-Raek malikanəsinin eynisidir.
Malikanənin ərazisi səkkiz hektara yaxındır, burada park və fəvvarə yerləşir. Evin sahəsi üç min kvadrat metrdir. İki qülləsi, səkkiz yataq odası, mebel üçün dörd və ərzaq üçün iki anbar var.
Birinci mərtəbədə dünyəvi qəbullar üçün zal, ziyafətlər üçün qonaq otağı, ikinci mərtəbədə ev sahibinin yataq otağı, 40 metrlik hamam otağı, üç geyinmə otağı və 80 metr evin xanımının özəl sahəsi var.
Mash kanalının məlumatına görə, bu malikanə üçün torpaq sahəsini 2019-cu ildə İvanovla əlaqəsi olan "Voljskiy bereq" firması alıb. Firmanın təsisçisi Sergey Borodin də İvanovun cinayət işi çərçivəsində həbs olunub.
[video:336098]