Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Moskvadakı terror aktından istifadə edəcək, gərginlik artacaq - KİV

Rusiya Moskvadakı terror aktından istifadə edərək cəbhədəki gərginliyi artırmağa çalışacaq.

Bu barədə “The New York Times”da yazılıb.

Bildirilib ki, Kremlin sözügedən hadisədə Ukraynanı ittiham etməsi də bununla bağlıdır: “Rusiyanın nöqteyi-nəzərindən Ukrayna şəhərlərinin daha intensiv bombalanması məntiqlidir. Bu, sadə ruslara onlara zərər verənlərin cəzalandırılacaq, həm də diqqəti uğursuzluqdan yayındıracaq”.

Qeyd olunub ki, hətta terror aktı olmasa idi belə, Rusiya Ukraynaya təzyiqləri gücləndirməyə və eskalasiyanı genişləndirməyə hazır idi: “Xüsusilə, Vladimir Putinin yenidən prezident seçilməsi buna imkan yaradır. Hərbi və insan resursu baxımından Rusiya daha üstündür. Qərbin Ukraynaya hərbi yardımı ilə bağlı isə qeyri-müəyyənlik var. Ona görə də qarşıdakı bir neçə ay Moskvaya yeni hücuma keçmək üçün fürsət pəncərəsi açır”.

Bildirilib ki, Rusiyanın bu ritorikasının səbəblərindən biri də Qərbin proseslərlə bağlı passiv reaksiyasıdır: “Xüsusilə Avropa Ukraynaya yardım məsələsində o qədər də fəal deyil. ABŞ-da keçiriləcək prezident seçkiləri Vaşinqtona Kiyevi dəstəkləməyə imkan vermir. Ukraynanı çətin aylar gözləyir. Çox güman, vəziyyət daha da pisləşəcək”.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Son məlumatlara görə, ölənlərin sayı 140 nəfəri keçib. Kreml hadisədə "Ukrayna izi" olduğunu bildirsə də, qarşı tərəf bunu tıəkzib edir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.