
Rusiya Krivoy Roq şəhərini "İskəndər"lə vurdu - 16 ölü, 6-si uşaqdır
05 Aprel 2025
Rusiya hərbçiləri Ukraynanın Krivoy Roq şəhərinə zərbə endiriblər.
İlkin məlimata görə, zərbə nəticəsində ən azı 16 nəfər ölüb, 50-dən çox yaralı var. Ölənlərin 6-sı uşaqdır.
“Unian“ xəbər verir ki, Rusiya şəhərə “İskəndər” raketi ilə zərbə endirib. Raketin hədəfi şəhərdəki restoranlardan biri olub.
Hərbçilər hava zərbəsindən sonra “Restoran vuruldu, 85-dən çox ukraynalı hərbşi öldürülüb” deyə iddi ediblər.