Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Kiyevə zərbələr endirdi: 20 ölü, 99 yaralı - YENİLƏNİB

Kiyevdə Rusiyanın endirdiyi zərbələr nəticəsində 20-ə yaxın şəxs ölüb, ən azı 99 nəfər yaralanıb.

***

Rusiya gecə saatlarında Kiyevə zərbələr endirib.

Pressklub.az xarici mətbuata istinadla xəbər verir ki, hava zərbələri nəticəsində azı 14 nəfər həlak olub. Bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.

O, 44 nəfərin yaralandığını deyib.

Kiyev meri Vitali Kliçko isə bildirib ki, şəhərdə artıq 55 yaralı var və onların sayı artır.

"Paytaxtda xəsarət alanların sayı artır. Hazırda onların sayı 55 nəfərdir. 40-dan çox insan şəhərin tibb müəssisələrinə çatdırılıb. Dəqiqləşdirilmiş məlumat hələlik yoxdur. Yerlərdə xilasedicilər işləyir", - onun teleqram kanalında qeyd edilib.