Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Kiyevə raket zərbələri endirib, ölənlərin sayı doqquza çatıb, 23 nəfər xəsarət alıb

Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı doqquza çatıb, 23 nəfər xəsarət alıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna paytaxtına ballistik hücumu nəticəsində beş rayonda yanğınlar və dağıntılar qeydə alınıb.

Solomyansk rayonunda 2 nəfər ölüb və 8 nəfər, xəsarət alıb. Beşmərtəbəli yaşayış binası qismən dağılıb, 35 nəfər təxliyə edilib.

Darnitsk rayonunda inzibati binada yanğın və dağıntılar baş verib. Yeddi nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Şevçenkovsk rayonunda qeyri-yaşayış binasında yanğın baş verib və təcili yardım avtomobilləri yanıb. Bir nəfər xəsarət alıb.

Hadisə yerlərində yanğınsöndürənlər və xilasedicilər işlərini davam etdirirlər.

04:27

Rusiya Silahlı Qüvvələrinin ballistik raketlərlə kütləvi hücumu nəticəsində Kiyevin bir neçə rayonunda partlayışlar və yanğınlar qeydə alınıb.

Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, zərbələr nəticəsində üç nəfər həlak olub, beş nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, zərbələr Solomenski, Qoloseyevski və Darnitski, Şevçenkovski rayonlarında yaşayış binalarına və anbarlara, avtomobillərə və digər obyektlərə tuş gəlib.