“Rusiya imperiya siyasətinə xidmət edən dindar zümrəsi və ruhani qurumu yaratmağa çalışırdı” - VİDEO
30 Oktyabr 2023
“Bəzi dövlətlər insanların dini hisslərindən istifadə edərək, öz ölkələrinə qarşı rəğbət
oyatmağa çalışırlar”.
Bu sözləri Pressklub TV-də efirə gedən “Mətbuat Klubu” verilişində tarixçi alim Rəsul
Hüseynli deyib.
Azərbaycanda yerli dini mərkəzlərin yaradılması zərurətinə həsr olunmuş
müzakirələrdə Rəsul Hüseynli ilə yanaşı, jurnalist Kənan Rövşənoğlu da iştirak edib.
Aparıcı Qabil Abbasoğlu sual edib ki, Azərbaycanda Konstitusiyaya görə din
dövlətdən asılı deyil, bəs başqa dövlətdən necə? Azərbaycanda dini fəaliyyətə kənar
ölkələrin təsiri varmı?
Rəsul Hüseynli qeyd edib ki, Konstitusiyaya əsasən din dövlətdən ayrı olsa da,
dövlət respublika ərazisində baş verən bütün proseslərə nəzarət etdiyi kimi, dini
vəziyyətə də nəzarəti həyata keçirir.
Xarici dini mərkəzlərdə təhsil alanların fəaliyyətinə gəlincə, alim bildirib ki, dövlətə
qarşı konkret fəaliyyət yoxdursa, onlara düşmən damğası vurmaq olmaz.
“Bəzi dövlətlər insanların dini hisslərindən istifadə edərək öz ölkələrinə qarşı rəğbət
oyatmağa çalışırlar” – R.Hüseynli deyib.
Prosesin tarixi aspektlərinə diqqət çəkən Rəsul Hüseynli deyib ki, orta əsrlərdə
Azərbaycanda güclü dövlətlər olduğu zaman xarici dini təsir hiss olunmayıb: “Rus
işğalından sonra Azərbaycanda dini situasiya dəyişdi. Ruslar imperiya siyasətinə
xidmət edən dindar zümrəsi və ruhani qurumu yaratmağa çalışdı. Ruslar Qafqazda
dini mərkəz və müctəhidlər yaradan mərkəz qurmağa çalışırdı”.
Verilişi tam şəkildə bu linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=eaF1FbHzZAI
Press Klub