Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ilə ABŞ arasında birbaşa uçuşlar bu ilin sonuna qədər bərpa oluna bilər

Rusiya ilə ABŞ arasında birbaşa uçuşlar 2025-ci ilin sonuna qədər bərpa oluna bilər.

Bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev bildirib.

Onun sözlərinə görə, Amerika tərəfi bunda çox maraqlıdır.

Qeyd edək ki, ABŞ-la ilə Rusiya arasında birbaşa uçuşlar 2022-ci ildən, Rusiya-Ukrayna müharibəsi başlayandan dayanıb.