Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya hərbçiləri Azərbaycanla sərhədi tərk edirlər - Paşinyanla Putin razılaşıblar

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiya hərbçilərinin bundan sonra "Zvartnots" hava limanında xidmət aparmayacaqları barədə razılıq əldə olunub.

Bu barədə Ermənistanın bəzi “Telegram” kanallarında məlumat yayılıb.

Bildirlib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar uğurla nəticələnib.

Bundan əlavə, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər.