Rusiya, Gürcüstan və Ermənistanl birləşdirəcək “Putinin yolu” adlı layihə təqdi edilib
02 Oktyabr 2026
Moskvada Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili boyunca “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu bağlantısı layihəsi təqdim edilib.
Bu barədə “Vektor Kavkaza” məlumat yayıb.
Məlumata görə, sentyabrın 28-də Moskvada “Cənubi Qafqazın nəqliyyat-logistika şəbəkələrinin inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda Kremlyönlü tədqiqat qurumları Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili üzərindən “Putinin yolu” adlı dəmir yolu və avtomobil yolu layihəsini təqdim ediblər.
Bildirilib ki, Rusiyanın Kommunikasiyaların İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun direktoru Vladislav Qasumyanov tərəfindən hazırlanan plana bir sıra erməni ekspertləri tərəfindən fəal şəkildə lobbiçilik edir.