Rusiya fransız hərbçiləri öldürməklə hədələdi
08 May 2024
Fransa hərbçiləri Ukraynadakı münaqişə zonasında peyda olarlarsa, Silahlı Qüvvələrimizin hədəfinə çevriləcəklər.
TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Əgər fransız hərbçilər münaqişə zonasında peyda olarlarsa, ordumuzun hədəfimizə çevriləcəklər. Mənə elə gəlir ki, Parisdə artıq bunun sübutu var”, - o bildirib.