Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ermənistanla hansı bioloji təhlükəsizliyi müzakirə edir?

Rusiya və Ermənistan biotəhlükəsizlik probleminə ümumi yanaşmanı təsdiq ediblər.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, mövzu Moskvada idarələrarası formatda keçirilən məsləhətləşmələrdə müzakirə olunub. Danışıqlar zamanı ölkələrin bu mövzuda həm ikitərəfli, həm də bu sahə üzrə profil meydanlarda gələcək əlaqə və koordinasiyasının vacibliyi vurğulanıb.

Məlumatda qeyd olunur ki, tərəflər MDB məkanında bioloji təhlükəsizliyə təhdidləri və Rusiya ilə Ermənistan arasında gələcək əməkdaşlığın konkret istiqamətlərini müzakirə ediblər.