Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Dneprə ballistik raketlərlə hücum etdi: Ən azı 16 nəfər dinc sakin ölüb

Rusiya Ukraynanın Dnepr vilayətinə ballistik raketlərlə zərbələr endirib.

Ukrayna agentlikləri bildiriirlər ki, zərbə nəticəsində 16 nəfər ölüb, ən azı 174 nəfər yaralanıb. Yaralananlar arasında vəziyyəti ğır olanlar var.

Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Rusiyanın zərbələri nəticəsində mülki infrastruktura, o cümlədən yataqxana, gimnaziya binasına, inzibati binalara, sərnişin qatarına ciddi ziyan dəyib. Qatarın sərnişinləri arasında müxtəlif dərəcəli xəsarətlər alanlar var.

Ukraynanın xarici işlər naziri Andrey Sibiha da hadisə barədə açıqlama verib. Nazir bildirib ki, sərnişin qatarı, məktəblər, uşaq bağçaları, poliklinika və xəstəxana binaları Rusiyanın zərbələri nəticəsində ziyan görüb.

O, ölənlərin və yaralananların olduğunu da deyib.

Dnepr meri Boris Filatov iyunun 25-ni matəm günü elan edib.