Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Dmitri Qordonu axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi ukraynalı jurnalist Dmitri Qordonu axtarışa verib.

TASS-ın verdiyi xəbərə görə, ona Rusiya Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi açılıb.

Qordon həmçinin, təcavüzkar müharibəyə çağırışda da ittiham olunur.

Qeyd edək ki, Rusiya Maliyyə Məsələləri üzrə Monitorinq Xidməti aprelin 6-da ukraynalı jurnalistin adını terrorist və ekstremistlər siyahısına salıb.