Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya desantçılarını məhv edən azərbaycanlı danışdı - VİDEO

Ukrayna ordusunun hazırda İrpen ərazi müdafiə qüvvələrinin mayoru olan Firdovsi Xankişiyev əslən Azərbaycanın Şirvan şəhərindəndir.

Uzun illərdir Ukraynanın İrpen şəhərində yaşayan, buranın vətəndaşı olan həmyerlimiz bu ölkənin zabiti kimi bir çox əməliyyatlarda iştirak edib, eyni zamanda İrpenin müdafiəsi zamanı işğalçı qüvvələrin desant həmlələrinə qarşı xüsusi igidlik göstərib.

O, fevralın 27-si və 28-də Kiyev ətrafında gedən ağır döyüşlərdə beş Rusiya desantçısını zərərsizləşdirib. Bildirib ki, onlar “kadırovçular” olublar.

Soydaşımız desantçılarla üz-üzə gəldiyi yeri göstərərək, onların meyitlərinin hələ də burada qaldığını bildirib.

Qeyd edək ki, Kiyevin şimal hissəsində bir sıra rayonlar işğaldan azad olunandan, Rusiya ordusu həmin ərazidən tam çıxarıldıqdan sonra yerli sakinlər öz evlərinə qayıtmağa başlayıblar.