Rusiya Bosniyanı da hədələdi - “Ukrayna ssenarisi” təkrar oluna bilər
17 Mart 2022
Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuhov NATO-ya üzv olmaq istəyini şərh edərək onun ünvanına təhdidlər səsləndirib. Bu barədə “Balkan Observer” məlumat yayıb.
"Ukraynanın timsalında biz nə gözlədiyimizi göstərmişik. Əgər təhlükə olarsa, reaksiya verəcəyik", - Kalabuhov Bosniya telekanalının efirində deyib.
Səfirin sözlərinə görə, Moskva “strateji və geosiyasi vəziyyəti təhlil etməklə” reaksiya verəcək.
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Zeljko Komsiç Rusiyanın Bosniya və Herseqovinadakı səfirinin bəyanatını pisləyib.
"Mən Rusiya Federasiyasının səfirinin Bosniya və Herseqovinanın NATO-ya daxil olma ehtimalını şərh edərkən etdiyi təhdidləri qətiyyətlə pisləyirəm", - Komşiç vurğulayıb.