Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya bombardmançı təyyarələrini Uzaq Şərqə köçürür - "Pautina" dərs olub

Ukrayna dronlarının Rusiya hava qüvvələrinin uzaqmənzilli aviasiya aerodromlarına qarşı hücumundan sonra Rusiya strateji bombardmançı təyyarələrini - Tu-160, Tu-95MS və Tu-22M3-ü İrkutsk və Murmansk bölgələrindəki hərbi aerodromlardan, əsasən, Uzaq Şərqdə yerləşən digər aviabazalara köçürüb.

"Agentstvo"nun yazdığına görə, bunu OSINT analitiki "AviVector"un tədqiq etdiyi peyk görüntüləri təsdiqləyir.

"AviVector"un araşdırmasına görə, Rusiya Tu-160 bombardmançılarını Kamçatkadakı "Yelizovo", Çukotkadakı "Anadır" və Kazandakı "Borisoqlebski" aviabazalarına yerləşdirib.