Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Azərbaycanın şərtini qəbul etdi! - Bütün toponimlərin adları düzgün yazılıb, bircə "Dağlıq Qarabağ" qalıb

Dekabrın 4-də, Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə açıq etirazlarının başlamasından 10 gün sonra RF MN-in saytında Qarabağdakı Azərbaycan yaşayış məntəqələrinin toponimləri düzgün göstərilib.

İndiyədək RF MN-in saytında bəzi yaşayış məntəqələrinin toponimləri erməni versiyasında göstərilirdi.

Ötən həftə Qarabağdakı RF sülhməramlı kontingentinin komandanı general Andrey Volkov azərbaycanlı jurnalistlərlə söhbətində bildirib ki, onun tabeliyində olan şəxslər xəritələrdə Azərbaycan toponimlərini qeyd edirlər.

"Biz hər yerdə Xankəndi yazırıq, Ağdərə yazırıq. Baş Qərargahımızın xəritələrində onların sovet adları qalıb: Stepanakert, Mardakert. Toponimlərə gəlincə, biz onları hörmətlə, Azərbaycanda səsləndiyi kimi yazırıq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bütün sənədlərində toponimlər yalnız Azərbaycan tərəfin bizə göndərdiyi adlarla yazılıb. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Siz özünüz də bizim sənədlərimizi yoxlaya bilərsiniz", deyə A.Volkov qeyd edib.

RF MN-in saytında səhvlər düzəldilib. Amma Azərbaycanın Qarabağ İqtisadi Rayonunun adı yanlış olaraq qalıb.

Azərbaycanın müasir inzibati quruluşunda "Dağlıq Qarabağ" adı yoxdur. Bu ad 1923-cü ildə Qarabağda erməni muxtariyyətinin formalaşdırılması zamanı bolşeviklər tərəfindən tətbiq edilib və 1991-ci il noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib. Azərbaycan prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Qarabağ İqtisadi Rayonu yaradılıb. QİR-ə Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib.