Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma pomidor idxalına icazə verəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabrın 6-dan Azərbaycanın 12 müəssisəsindən pomidor və almanın idxalına icazə verəcək.

Bu barədə qurumdan bildiriblər.

Məlumatda qeyd olunub: "Rosselxoznadzor 2021-ci il dekabrın 6-dan 7-si pomidor, 5-i alma olmaqla 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor və alma idxalına icazə verir".

Bildirilib ki, bu barədə qərar Azərbaycanın səlahiyyətli qurumu tərəfindən ölkə ərazisində pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə, Azərbaycanlı həmkarları tərəfindən laboratoriya sınaq protokollarının və monitorinq hesabatlarının öyrənilməsinə əsasən, habelə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.

Belə ki, hazırda Azərbaycanın 211 müəssisəsindən və bir kooperativdən pomidor, 76 şirkətdən alma göndərmək mümkündür.