Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər
22 Oktyabr 2026
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu noyabrın ortalarında Əbu-Dabidə baş tuta bilər.
Rusiya mediası xəbər verir ki, bu barədə ölkə prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Biz Əbu-Dabini nəzərdə tuturuq. Razılaşma belə idi ki, hardasa, yəqin ki, noyabrın ortalarında danışıqlar olsun", - o deyib.