Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər
20 Aprel 2024
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək.
"News.am" xəbər verir ki, bu barədə Ermənistan hökumət başçısı jurnalistlərlə söhbətində deyib.
Baş nazirin sözlərinə görə, Rusiya bazaları müəyyən vəziyyətlə əlaqədar orada idi və artıq vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu dəyişiklik bütü istiqamətlərdə öz təsirini göstərməlidir. "Bu o deməkdir ki, bizim cəbhə xəttimiz yox, sərhədimiz var. Sərhəd sülhün əlamətidir və bu o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edərək sərhədi müstəqil şəkildə qoruya biləcəklər", - Nikol Paşinyan deyib.