Rubio: Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə edə bilərik
25 May 2026
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Hörmüz boğazının açılmasını gözləyir və bundan sonra İranın nüvə proqramı ilə bağlı ciddi danışıqlara başlamağa hazırdır.
Rubio bunu “The New York Times“ qəzetinə müsahibəsində bildirib.
“İranın nüvə proqramı problemini 72 saata və ya salfet üzərində həll etmək mümkün deyil. Boğaz dərhal açılmalıdır. Bundan sonra razılaşdırılmış parametrlər əsasında zənginləşdirmə, yüksək zənginləşdirilmiş uran və İranın heç vaxt nüvə silahına sahib olmayacağı barədə çox ciddi danışıqlara başlayacağıq”, - dövlət katibi vurğulayıb.
Nəşr hesab edir ki, Rubio bununla Vaşinqtonun İranı dərhal nüvə imkanlarından məhrum etməyəcək müvəqqəti razılaşmaya açıq ola biləcəyinə işarə edib.