Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruben Vardanyan aclıq aksiyasını dayandırıb

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb. 

Bunu Vardanyan aprelin 25-də özü telefonla ailəsinə məlumat verib.

Vardanyan aprelin 5-də aclıq aksiyasına başlayıb, onun və bütün digər həbs edilmiş separatçı liderlərin azadlığa buraxılmasını tələb edib.

Azərbaycan hakimiyyəti onun tələblərinə reaksiya verməyib və onlara münasibət bildirməyib.

Vardanyan 2023-cü ilin sentyabrında Laçın sərhəd-keçid məntəqəsində Qarabağı tərk edib Ermənistana daxil olmaq istəyərkən həbs edilib.

Ona qarşı bir neçə maddə üzrə cinayət işi açılıb, 15 ilə qədər həbs gözləyir.