Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

Ruben Rubinyan doqquzuncu çağırış Ermənistan parlamentinin sədri seçilib.

Bu barədə “Armenia Today” xəbər verir.

Onun lehinə 64 deputat səs verib.

Rubinyanın parlamentin spikeri postuna namizədliyini hakim "Vətəndaş müqaviləsi" partiyası irəli sürüb.

Qeyd edək ki, Rubinyan əvvəlki çağırış parlamentdə vitse-spiker vəzifəsini tuturdu.