Koçaryanın əmlakı müsadirə oluna bilər
29 Aprel 2024
Ermənistanın prokurorluq orqanı ölkənin keçmiş prezidenti Robert Koçaryanın və ona bağlı olan 7 nəfərin əmlakının dövlət nəfinə müsadirə olunmasını tələb edib.
Məlumatı “Baqramyan 26” teleqram kanalı yayıb.
Məlumata görə, buraya 25 daşınmaz əmlak, 5 nəqliyyat vasitəsi, dəyəri 4 milyon dollardan çox depozitə qoyulan qiymətli kağızlar, qanunsuz mənşəli 35 milyard dramdan (90 min 189 dollar) çox nağd pul qalıqları, üçüncü şəxslərə ötürülən və digər xərclənmiş vəsaitlər daxildir.
Bildirilib ki, R.Koçaryan barəsindəki işdə Ermənistana və bir sıra ölkələrə məxsus 16 hüquqi şəxsin adı hallanır.