Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rişi Sunak Britaniya baş naziri seçkilərində liderliyini qoruyub

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak ölkənin baş naziri postuna keçirilən seçkilərin üçüncü turunda da liderliyini qoruyub.

Səsvermədə ikinci yeri beynəlxalq ticarət nazirinin müavini Penni Mordont tutub. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss isə üçüncü olub. Dördüncü yerdə deputat Kemi Beydnok qərarlaşıb.

Beşinci olan Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tugendhat isə baş nazir postu uğrunda mübarizədən kənarlaşıb.

Səsvermənin dördüncü turunun iyulun 19-da keçirilməsi nəzərdə tutulub.