Rəsmi İrəvan: Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq
07 İyun 2024
İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı yetişib. Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu ifadə edir”, - məlumatda qeyd edilib.
Daha əvvəl məlumat verilmişdi ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.