Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rəngsiz Rusiya" Bakıya çatdı - FOTO

Bir qədər öncə "Rusiyada həyat rəngini itirir" materialında Rusiya Federasiyasında fəaliyyət göstərən İsveçrə nəhəngi "Tetra Pak" şirkətinin sanksiyalarla bağlı üzləşdiyi çətinliklər, əsasən də karton, boya, laminasiya üzlüyü və digər xammal çatışmazlığı səbəbindən problemlərlə qarşılaşdığından bəhs edilmişdi. Bunlara baxmayaraq, şirkət bazarı tərk etməməyə, vəziyyətdən müxtəlif çıxış yolları axtarmağa qərar vermişdi.

O zaman güman edilirdi ki, poliqrafik boya və karton ağardıcılarının çatışmazlığı səbəbindən çapa gedən spesifik (rəng elementləri minimuma çatdırılmış) süd məhsulları və təbii şirə qutuları yalnız Rusiya bazarı üçün nəzərdə tutulur və istehsalçı şirkətlər özlərini ixrac layihələrilə biabır etməyə cürət etməzlər. Amma belə olmadı...

Son günlər Azərbaycanın müxtəlif tanınmış market şəbəkələrində satışa çıxarılan Rusiya istehsalı təbii şirə və şirə tərkibli içkilərin qutuları onların sanksiyalardan sonra çap olunduğunu açıq-aşkar bəlli edir.


Məhsulun üzərində yalnız əmtəə nişanının adı və cüzi tərtibat elementləri qorunub, qutunun yan və arxa tərəflərində isə ümumilikdə heç bir məlumat yoxdur. Karton fonundakı ağ boyadan da tam şəkildə deyil, qismən transparent nisbətdə istifadə olunub ki, qəhvəyi kağız təbəqəsi görünməsin.

Partiyalar qarışıq çeşiddə gəldiyindən, hələlik rəflərə ənənəvi əlvan dizayna malik şirə qutuları ilə birgə yığılır.

İşin pozitiv tərəfi odur ki, Rusiyadan ixrac olunan malları artıq uzaqdan müəyyən etmək mümkündür...