Logo
news content
User
Kateqoriyalar

Xəbər

Realmedia saytının rəhbəri, reportyor və bloger həbs olunub

Polis Realmedia.az saytının redaktoru Ramin Qurbanovu, qəzetlərdən birinin müxbiri Xəyyam Qurbanlını və bloger Samir Ramazanovu saxlayıb. 

DİN-in məlumatına görə, ilk ikisi barəsində vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında hədə-qorxu ilə tələb etmə itihamı ilə cinayət işi açılıb.

Mənbənin məlumatına görə, bu şəxslər digər vətəndaşları və firmaları neqativ materiallar dərc etməklə şantaj edərək pul tələb ediblər.

Samir Ramazanova gəlincə, o, Tik-Tokda təhqir xarakterli materiallar yaymaq və qeyri-etik çağırışlar etmək ittihamı ilə 30 gün müddətinə həbs olunub.

Bir gün əvvəl Sadiq Mirzəyev - Adəm adlı "söyüş söyən oğlanın" atası da eyni ittihamlarla həbs olunub.