Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını istisna edir

İranın ölkədən yüksək dərəcədə zənginləşdirilmiş uran da daxil olmaqla nüvə materiallarını çıxarmaq planı yoxdur.

Bu barədə ISNA xəbər agentliyi diplomatik mənbəyə istinadən məlumat verib.

"ABŞ ilə danışıqlarda nüvə materiallarının ölkədən çıxarılmayacağını vurğuladıq. Rusiya tərəfi də məsələdən xəbərdardır", - agentliyin mənbəsi bildirib.

Xatırladaq ki, "The Wall Street Journal"ın məlumatına görə, Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran tərəfi Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını həll etmək üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü ölkəyə göndərməyi təklif edib.