Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - YENİLƏNİB

Bu gün ev dustaqlığına buraxılan müxalif siyasətçi və iqtisadçı alim Qubad İbadoğlu barəsində cinayət təqibinə tam xitam verilməsinə nail olmaq niyyətindədir.

"Məhkəmənin bugünki qərarını tam azadlıq əldə etmək kimi qiymətləndirmək olmaz. Hələlik mənim barəmdə qətimkan tədbirini ev dustaqlığı ilə dəyişdiriblər. Bakıdan kənara çıxa, Azərbaycanı tərk edə bilmirəm, yaşayış yerimi dəyişdirdikdə müvafiq orqanı məlumatlandırmalıyam. Mənə qarşı əsassız ittihamlar hələ ləğv olunmayıb", deyə İbadoğlu Turan agentliyinə bildirib.

Lakin ev dustaqlığına keçirilməyi onun "sağlamlığı ilə ciddi şəkildə məşğul olmasına" imkan verəcək.

Həbsdə olduğum 9 ay ərzində şəkəri yüksək olduğu üçün siyasətçinin səhhəti ciddi şəkildə pozulub.

İbadoğlu vəkillərinə, onun işini işıqlandıran jurnalistlərə və mətbuat orqanlarına, hüquq müdafiəçilərinə, beynəlxalq demokratik təşkilatların nümayəndələrinə, xarici akademik dairələrdən olan həmkarlarına onun azad edilməsində səylərinə və dəstəklərinə görə minnətdarlığını bildirib.

İbadoğlu həmçinin çıxışlar edəcəyini və digər siyasi məhbusların - Tofiq Yaqublunun, Nazim Bəydəmirlinin, Abzas Media-nın, Toplum TV-nin, Kanal 13-ün jurnalistlərinin  azad edilməsinə çağıracağını bildirib. 

* * *

Qubad İbadoğlu ev dustaqlığına buraxılıb!

Nərimanov Rayon Məhkəməsi bu gün müxalifətçi siyasətçi Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb. Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, vəsatət müdafiə tərəfi tərəfindən səhhətinin pisləşməsi ilə əlaqədar verilib.

Bu vəsatət  indiyədək onlarla dəfə məhkəmələr tərəfindən rədd edilib